DÜNYA
MƏRYƏM NƏNƏ 130 İLLİYİNİ GÜMRAH QARŞILAYIR
AZƏRTAC-ın Tehrandan aldığı xəbərdə deyilir ki, İranın şimal-qərbindəki Sərdəşt şəhərciyinin 15 kilometrliyində yerləşən Həlvi kəndinin sakini Məryəm Məhəmməd Purun 130 yaşı tamam olmuşdur. Bu yaşda olmasına baxmayaraq, Məryəm nənə özünü gümrah hiss edir, ev-eşik işləri ilə, təsərrüfatla özü məşğul olur. Gülərüzlüyü və nikbinliyi ilə diqqəti cəlb edən nənənin iki övladı, yeddi nəvəsi, 36 nəticəsi və 11 kötükcəsi var.
Məryəm nənə deyir ki, ömrü boyu həkimlərə müraciət etməyib, dava-dərman nə olduğunu bilməyib, çox yaşamasının sirrini halal zəhmətdə, paxıl olmamaqda görür. Deyir ki, yaşının çoxluğunu yalnız yüzü haqladıqda hiss etmişdir. O, uzunömürlülüyünün daha bir sirrini kəndin təmiz havasında və öz bostanında yetişdirdiyi məhsullarda görür.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 03.10.2023 [17:25]
Ciorcia Meloni: İtaliya Avropanın enerji təchizatı habına çevrilmək istəyir
- 03.10.2023 [16:30]
İngiltərə məktəblərində mobil telefonlar qadağan ediləcək
- 03.10.2023 [16:06]
Türkiyədə 928 nəfər terrorizm şübhəsi ilə saxlanılıb
- 03.10.2023 [16:01]
Cənubi Koreyada helikopter qəzası nəticəsində pilot həlak olub
- 03.10.2023 [14:45]
Rusiya Aleksey Arestoviç barəsində axtarış elan edib
- 03.10.2023 [13:54]
Ermənistan parlamenti Roma statutunu ratifikasiya etdi
- 03.10.2023 [13:40]
Almaniya Litvada 4 min hərbçidən ibarət briqada yerləşdirəcək
- 03.10.2023 [13:30]
Finlandiya Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır
- 03.10.2023 [13:11]