MƏDƏNİYYƏT
MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirin Rusiyada Azərbaycan ili çərçivəsində Gənclər, İdman və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirildiyini vurğulayan T.Əmiraslanov bildirmişdir ki, təqdimat mərasimi günlərində bir sıra maraqlı görüşlər keçirilmişdir. Sankt-Peterburqun turizm firmaları ilə Smolnıdakı görüşdə Azərbaycan turizminin imkanları barədə film göstərilmiş, iştirakçılara müvafiq kitabçalar, məlumatlar paylanmış, suallar cavablandırılmışdır. Azərbaycan mətbəxinin təqdimatı isə Milli Kulinariya Mərkəzi tərəfindən Peterburqda yeni açılan Bakı muzey-restoranında gerçəkləşmişdir.
Tədbirdə onlarca xörək və içkilərimizdən başqa, ulu öndərimiz Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə diqqətini əks etdirən stendlər, mətbəx mədəniyyətimizi göstərən film təqdim olunmuşdur. Nəticədə, Azərbaycan kulinarları, eləcə də “Azərsun Holdinq” və “Tovuz-Baltiya” firmaları Sankt-Peterburq hökumətinin Sosial İaşə İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.
Konfransda Gənclər, İdman və Turizm Nazirliyinin şöbə müdiri Elçin Qafarlı Azərbaycan nümayəndələrinin İqtisad-Ticarət İnstitutunun 75 illik yubileyində iştirakı barədə məlumat verərək bildirmişdi ki, bu institutun məzunu T.Əmiraslanovun yubiley tədbirindıki çıxışı böyük maraqla qarşılanmışdır. Instituta Heydər Əliyevin və İlham Əliyevin şəkilləri olan saat hədiyyə etdiklərini vurğulayan natiq T.Əmiraslanovun ictimai iaşənin təşkili və texnologiyası fakültəsinin tələbələri üçün Qafqaz xalqlarının mətbəx mədəniyyəti ilə bağlı mühazirələr oxuduğunu diqqətə çatdırmışdır.