İDMAN


MBA-da mövsüm oktyabrın 12-dən gec olmayaraq başa çatdırılacaq

Bakı, 3 iyun, AZƏRTAC

Milli Basketbol Assosiasiyasının (MBA) 2019-2020-ci il mövsümünün final seriyasının yeddinci matçı oktyabrın 12-dən gec olmayaraq keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Twitter”dəki səhifəsində ESPN televiziya kanalının jurnalisti Edrian Voynarovski məlumat verib.

MBA martın 12-də koronavirus pandemiyası səbəbindən müntəzəm mövsümü təxirə salıb. Daha əvvəl bildirilib ki, assosiasiya rəhbərliyi mövsümü 22 komanda formatında iyulun 31-də bərpa etməyi planlaşdırır.

Bütün qarşılaşmalar Orlandoda keçiriləcək. Son qərar cümə axşamı MBA rəhbərliyinin iclasında veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.