MDB ekspertləri Əməkçi miqrantların və onların ailə üzvlərinin tibbi sığortası məsələlərində Əməkdaşlıq haqqında Saziş barədə razılığa gəliblər
AzerTAg.az

Bakı, 18 oktyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin mənzil-qərargahında MDB-nin iştirakçısı olan ölkələrin Əməkçi miqrantların və onların ailə üzvlərinin tibbi sığortası məsələlərində Əməkdaşlığı haqqında Saziş layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər Sazişin layihəsinə dövlətlərdən daxil olmuş irad və təklifləri nəzərdən keçirərək, sənədi təkmilləşdirib və səs çoxluğu ilə bəyəniblər. Sənədi müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim etmək qərara alınıb.
Mətbuat xidmətinin məlumatında deyilir: “Qeyd edək ki, müasir dünyada praktiki olaraq miqrasiya sahəsinə bu və ya digər dərəcədə cəlb edilməmiş ölkə qalmayıb. Miqrasiya axınları intensivləşir, forma və növ müxtəlifliyi kəsb edir. Dövlətlərin qarşılıqlı miqrasiya əlaqələri keyfiyyətcə yeni xarakter alır. Bununla əlaqədar, o cümlədən MDB məkanında əməkçi miqrantların və onların ailə üzvlərinin tibbi təminatı məsələləri aktual olaraq qalır.
MDB üzvü olan dövlətlərin razılaşdırılmış miqrasiya siyasəti Bəyannaməsində təsbit olunmuş prinsiplərin praktikada reallaşmasına yönəlmiş birinci dərəcəli tədbirlərin Kompleks Planında Əməkçi miqrantların və onların ailə üzvlərinin tibbi sığortası məsələlərində Əməkdaşlıq haqqında Saziş layihəsinin işlənib hazırlanması nəzərdə tutulub.
Sazişdə əməkçi miqrantlara və onların ailə üzvlərinə bütün əmək miqrasiyası müddətində tibbi sığorta əsasında tibbi yardım göstərilməsinin əlaqələndirilmiş sisteminin yaradılması və onun həyata keçirilməsinin təmin edilməsi ilə bağlı ümumi prinsiplər, o cümlədən təqdim olunan tibbi yardımın növləri, şərtləri, həcmi, keyfiyyəti və ödənilməsi qaydası təsbit olunub”.
Xəbərin mətnində orfoqrafik səhv var