CƏMİYYƏT


MDB ölkələrinin nümayəndələri ümumi əmək bazarının formalaşması ilə bağlı məsələləri müzakirə ediblər

Bakı, 19 noyabr, AZƏRTAC

AZƏRTAC MDB İcraiyyə komitəsinin saytına istinadla xəbər verir ki, noyabrın 19-da videokonfrans rejimində, MDB iştirakçısı olan dövlətlərdə fəhlə peşələri və qulluqçu vəzifələrinin adlarının dövlətlərarası təsnifatının hazırlanması üzrə ümumi yanaşmaların inkişafı və birgə fəaliyyətin təşkili üzrə işçi qrupunun iclası keçirilib.

MDB İcraiyyə komitəsinin humanitar əməkdaşlıq, ümumsiyasi və sosial məsələlər departamentinin müşaviri Olqa Kremskaya, Birlik ölkələrinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının ümumi əmək bazarının formalaşması istiqamətindəki fəaliyyətindən danışıb.

İşçi qrupunun üzvləri Rusiya tərəfinin böyük məlumat texnologiyasından istifadə edərək peşələrə olan tələbatın monitorinqi üçün analitik bazanın formalaşdırılması təcrübəsi ilə tanış oldular, Rusiya Əmək Nazirliyinin Ümumrusiya Elmi-Tədqiqat Əmək İnstitutu tərəfindən fəhlə peşələri və qulluqçu vəzifələrinin adlarının dövlətlərarası təsnifatının hazırlanması və yenilənməsinə dair təqdim edilən yanaşmaları təsdiq etdilər. Bununla əlaqədar olaraq, ölkələrə gələcəkdə təsnifata əlavə ediləcək təqdim olunan yanaşmaların dəqiqləşdirilməsi üçün öz təkliflərini göndərmək tövsiyə olunub. Sənədin hazır layihəsinə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında baxılması nəzərdə tutulub.

Bundan başqa, işçi qrup MDB-nin iştirakçısı olan dövlətlərin ixtisaslaşma sistemləri üzrə informasiya resurslarının yaradılmasına dair məsələləri müzakirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.