CƏMİYYƏT


“MEDİA Könüllüləri” üçün növbəti peşəkar inkişaf təlimləri keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Bakı Media Mərkəzində “MEDİA Könüllüləri” üçün növbəti peşəkar inkişaf təlimləri keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva “Uğurlu kommunikasiyanın qurulması: nitq mədəniyyəti” mövzusunda çıxış edib. Səidə Şəfiyeva könüllülərə media sahəsində effektiv kommunikasiyanın qurulması, karyeranın artırılmasında natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan istifadə barədə danışıb.

Daha sonra tanınmış praktik psixoloq və pedaqoq Gülər Məmmədova tərəfindən könüllülərlə “Motivasiyanın əsasları, stresin və vaxtın idarəedilməsi” mövzusunda geniş müzakirə aparılıb. Təlim çərçivəsində Gülər Məmmədova könüllülərə insanın psixoportretinin peşə seçimindəki rolu, motivasiya mənbələri və onların peşə fəaliyyətinə təsiri, stresli situasiyalarda davranış qaydaları, habelə vaxtın səmərəli idarəedilməsi haqqında məlumat verib.

Təlimlər interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, könüllülərin ünvanladığı suallar təlimçilər tərəfindən cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.