MƏDƏNİYYƏT
“MEMARLIQ MÜKAFATI-2005” MÜSABİQƏSİ QALİBLƏRİNİ TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR
2004-cü ildə təsis olunmuş müsabiqəyə böyük marağı nəzərə alan şirkət, onu hər il keçirməyi qərara almışdır. Ən yaxşı layihələri seçmək, Azərbaycan memarlığının inkişafına böyük töhfələr vermiş memar və dizaynerləri həvəsləndirmək məqsədi ilə təşkil olunan müsabiqənin qalibləri 3 nominasiya - peşəkar, ictimai və qeyri-peşəkar nominasiyalar üzrə seçilmişlər. Builki müsabiqəyə yeni - çoxmənzilli yaşayış kompleksi sahəsi - nominasiyası da əlavə edilmişdir.
Mərasimdə əməkdar memar Rasim Əliyev və başqaları “İtaldizayn qrup” şirkətinin təsis etdiyi memarlıq mükafatının bu sahənin inkişafında rolunu yüksək qiymətləndirmişlər.
Builki mükafat fondu 5 min AZN-dir və qaliblərə şirkətdə dizayner kimi işləmək də təklif olunur. Qaliblərə həmçinin, İtaliyaya peşəkar xarakterli səhayətlər təklif ediləcəkdir.