İQTİSADİYYAT
MİLLİ BANKIN MƏCBURİ EHTİYATLARIN TƏNZİMLƏNMƏSİ SİSTEMİNİN BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASI PROSESİ DAVAM EDİR
Azərbaycan Respublikasının Milli Bankı kommersiya banklarından cəlb etdiyi məcburi ehtiyatları dünyanın aparıcı dövlətlərinin mərkəzi banklarında tətbiq olunan ortalama prinsipi sistemi ilə tənzimləmək barədə qərar qəbul etmişdir.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu qərara əsasən, ölkədə fəaliyyət göstərən banklar AZİPS banklararası ödəniş sisteminin imkanlarından daha geniş şəkildə yararlanaraq, Milli Bankda saxladıqları manatla məcburi ehtiyat vəsaitlərinin gündaxili klirinq məqsədi ilə istifadə edə bilərlər.
Yeni sistem seçilmiş pilot banklara mərhələli şəkildə tətbiq edilir.
Bu tədbirin həyata keçirilməsi banklara resurs imkanlarını genişləndirməklə yanaşı, onların müştərilərin tələblərinə daha çevik reaksiya vermələrini təmin edərək, banklararası pul bazarının, dövlət qiymətli kağızlar bazarının inkişafında, milli valyutamız olan manata etimadın daha da artmasına müsbət təsir edəcəyi gözlənilir.