ELM VƏ TƏHSİL
MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2004-2006-cı illər üçün humanitar sahədə əməkdaşlıq Proqramı”nın, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiqi ilə bağlı qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri Şahlar Əsgərov demişdir ki, humanitar sahədə əməkdaşlıq Proqramında iki ölkə arasında elm sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdə tutulmuşdur.
Müzakirələr zamanı deputatlar və dəvət olunmuş şəxslər Protokolun, eləcə də MDB iştirakçısı olan dövlətlərin kompüter şəbəkəsində baş verən cinayətlərin qarşısının alınmasına dair Sazişin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmiş və sənədləri Milli Məclisin müzakirəsinə çıxarmağı tövsiyə etmişlər.