Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROVUN ÇIXIŞI

- Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli deputatlar!

Xanımlar və cənablar!

Azərbaycan xalqının qədim və ulu tarixinin Heydər Əliyev dövrü vətənini və millətini təhlükələrdən qurtararaq, ardıcıl inkişaf yoluna çıxaran nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir. Ümummilli liderimiz, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev öz həyatı və fəaliyyəti ilə belə bir həqiqəti bir daha təsdiq etdi ki, tarix boyu Şərqin bir çox qüdrətli dövlətləri xalqımızın yaradıcılıq enerjisindən və zəkasından güc alaraq inkişaf etmişdir. Bəli, məhz xalqımızın birgə zəkasını, iradəsini və əzmini təcəssüm etdirən, böyük siyasi və dövlət xadimlərimizin, tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini iyirminci yüzillikdə davam etdirərək daha da zənginləşdirən Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi, hünəri və cəsarəti, mərdliyi və fədakarlığı sayəsində müstəqil Azərbaycan dövlətini yaratdı, qoruyub saxladı, öz dühasının ən böyük əsəri olan bu dövləti indiki və gələcək nəsillərə ərməğan etdi.

Heydər Əliyevin əsərlərindən biri olan Milli Məclisin binasında onun abidəsinin açılışı günündə biz ümummilli liderimizin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə dönə-dönə xatırlayırıq. Bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və inkişafına həsr etmiş, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olmuşdur. Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində 1969-1982-ci illərdə Azərbaycan böyük bir inkişaf yolu qət edərək, keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxdı. İmperiya tərkibində olmağımıza baxmayaraq, məhz həmin dövrdə Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.

Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəqilliyimizin müdhiş təhlükə ilə üzləşdiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdı. Uçurumun bir addımlığında dayanan Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi və 15 iyun xalqımızın Milli qurtuluş günü kimi tarixə düşdü. Sonrakı dövrdə müdrik rəhbərimizin əzmlə həyata keçirdiyi şərəfli xilaskarlıq və quruculuq missiyası Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etmişdir.

Bu gün Azərbaycan beynəlxalq birliyin dəyərli üzvünə çevrilmişdir. Qafqaz bölgəsində sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən dövlətimiz Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi layihələrin təşəbbüsçüsü və təşkilatçısı kimi çox böyük nüfuz və etibar qazanmışdır.

Dövlətimiz nüfuzlu beynəlxalq qurumların bərabərhüquqlu üzvü, GUÖAM regional təşkilatının fəal iştirakçısıdır. Ən böyük nailiyyətlərimizdən biri Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsidir. Bu mötəbər beynəlxalq təşkilatın tam hüquqlu üzvlüyünə qəbul edilməsi Azərbaycanın Avropaya inteqrasiyası yolunda son dərəcə mühüm mərhələ olmuşdur.

Dövlətimizin müstəqilliyini, xalqımızın əmin-amanlığını qorumağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olan silahlı qüvvələr yaradılmışdır. Güclü milli ordumuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasının etibarlı təminatçısıdır.

Ümummilli liderimizin 1993-cü ildən 2003-cü ilədək - on il ərzində misilsiz siyasi iradəsi, əzmi və qətiyyəti sayəsində Vətən və xalq naminə həyata keçirdiyi işləri sadalamaqla qurtarmaz. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühası, Heydər Əliyev zəkası, Heydər Əliyev yanğısı silinməz izlər salmasın.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Ölkəmizdə qurulmuş hüquqi dövlətin bütün elementləri ilə yanaşı, Konstitusiyamız da, Milli Məclisimiz də onun yaradıcı zəkasının bəhrələridir. Ümummilli liderimiz 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Ali Sovetinin sədri vəzifəsində çalışmış, xalqın yekdil iradəsi ilə Prezident seçildikdən sonra isə dövlətimizin digər təsisatları ilə yanaşı, peşəkar parlamentin də formalaşması işində həlledici rol oynamışdır. 1995-ci il noyabrın 24-də I çağırış Milli Məclisin açılışında ümummilli liderimizin iştirakı, söylədiyi dərin məzmunlu nitq, verdiyi dəyərli tövsiyələr parlamentin fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə böyük kömək göstərmişdir. Sonrakı dövrdə də Heydər Əliyev dəfələrlə Milli Məclisin iclaslarında iştirak etmiş, qanunvericilik işinin səmərəsini artırmaq üçün öz qiymətli məsləhətlərini vermişdir. Biz, Milli Məclisin deputatları, ölkəmizdə peşəkar qanunvericilik orqanının formalaşması üçün Heydər Əliyevin çəkdiyi böyük zəhmətin şahidləriyik. Müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində onun əvəzsiz xidmətləri olmuşdur. Təkcə 1995-ci ildən sonra ümummilli liderimizin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr üzrə 900-dən çox qanun qəbul olunmuşdur. Dəfələrlə parlamentimiz Heydər Əliyevin təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur.

2003-cü ildə Milli Məclis ümummilli liderimizin 80 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan parlamenti” kitabını hazırlayıb nəşr etmişdir. Bu nəfis kitab Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində gördüyü möhtəşəm işləri işıqlandıran bir əsərdir. Kitabda ulu öndərimizin parlamentdəki çıxışları və deputatlarımızın bu dahi şəxsiyyət haqqında ürək sözləri toplanmışdır.

Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün dövlətimizə Heydər Əliyevin layiqli davamçısı möhtərəm İlham Əliyev rəhbərlik edir, ümummilli liderimizin başladığı taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə həyata keçirir. Prezidentimizin ölkə daxilində və beynəlxalq aləmdə uğurlu fəaliyyəti hər birimizi ürəkdən sevindirir.

Bu günlər hamımız möhtərəm İlham Əliyevin Strasburqa səfərinin və Avropa Şurasında keçirdiyi səmərəli görüşlərin, bu mötəbər beynəlxalq qurumun yüksək tribunasından etdiyi dərin məzmunlu çıxışın təəssüratı ilə yaşayırıq. Cənab İlham Əliyevin Avropanın paytaxtına uğurlu səfəri Avropa Şurası ilə Azərbaycan Respublikası arasında son üç il ərzində addım-addım inkişaf etdirilən münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdı. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərini bir daha dünyaya bəyan etdi.

Əziz dostlar! Bu gün ümummilli liderimiz Heydər Əliyevin Milli Məclisdə abidəsinin açılışı xalqımızın həyatında böyük tarixi bir hadisədir. Bu hadisə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevə ümumxalq məhəbbətinin parlaq təzahürlərindən biridir.

Hörmətli mərasim iştirakçıları!

İcazə verin, ümummilli liderimiz Heydər Əliyevin abidəsinin açılışı mərasimində iştirakına, Milli Məclisə göstərdiyi diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə hamımızın adından dərin təşəkkürümüzü bildirim.

Təntənəli mərasimi açıq elan edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub