Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİNİN VƏZİFƏSİNİ İCRA EDƏN NAMİQ ABBASOVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Azərbaycanda dövlət çevirilişi etmək xülyaları və cəhdləri son bir il ərzində bütün xalqın gözü qarşısında baş verib. Hamının bu cəhdlər barəsində ümumi təsəvvürü var. Bu cəhdlərə, Rövşən və Mahir Cavadov qardaşlarının son yarım ildəki, daha doğrusu, bir il ərzindəki çirkin əməllərinə, göstərdikləri şərəfsiz fəaliyyətə, nəhayət, son qoyuldu. Ötən yarımildə, Azərbaycanda ikinci dövlət çevirilişi cəhdi puça çıxdı.

Rövşən və Mahir Cavadov qardaşlarının belə azğın yola düşməsi barədə Milli Təhlükəsizlik Nazirliyinə hələ keçən ilin əvvəllərində ayrı-ayrı məlumatlar daxil olurdu. Mən bir az da irəli gedərək deyim ki, hələ 1993-cü ilin sentyabr-oktyabr aylarında bizə məlumat gəlmişdi ki, o vaxtlar Xətai rayon prokuroru vəzifəsində çalışan Mahir Cavadovun həmin rayonda valyuta və ləl-cəvahirat ilə böyük məbləğdə rüşvət almadığı təşkilat və imkanlı şəxs qalmamışdır. Bu qədər vəsait əvvəl-axır böyük iddiaların icrasına sərf olunmalı idi.

Milli Təhlükəsizlik Nazirliyinə belə məlumatlar daim, müntəzəm surətdə daxil olurdu. Ötən ilin təxminən əvvəllərindən etibarən Mahir Cavadovun respublikanın baş prokuroru, qardaşı Rövşən Cavadovun isə daxili işlər naziri olması üçün müəyyən əməllər törətdiyi, müəyyən addımlar atdığı barədə məlumatlar almışdıq. Biz oktyabr hadisələrindən xeyli əvvəl məlumat almışdıq ki, Rövşən Cavadov bu hadisələrin təşkilatçıları tərəfindən birgə fəaliyyətə cəlb olunub. Həm də belə danışmışdılar ki, əlbir fəaliyyət göstərsinlər.

Oktyabr hadisələrinin gedişi hamınıza təfərrüatı ilə məlumdur. Həmin dövrdə açıqlanmayan, lakin Milli Təhlükəsizlik Nazirliyində olan digər məlumatlar növbəti dövlət çevrilişi cəhdi ilə əlaqədar istintaqa təqdim ediləcək və xalqa bildiriləcəkdir.

Mən son hadisə ilə əlaqədar əldə etdiyimiz məlumatları sizə çatdırmaq istəyirəm. Artıq ötən həftənin əvvəlində Milli Təhlükəsizlik Nazirliyinə Qazaxdan belə bir məlumat gəldi ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax rayon bölməsi tam tərkibdə Qazaxdakı bazaya qayıdıb. Belə söhbətlər gedirdi ki, onlar neçə ay Bakıdakı “Cənub” mehmanxanasında yaşamış, Bakıda və respublikamızın rayonlarında baş verən bir çox cinayət hadisələrində konkret surətdə iştirak etmiş, reketlə məşğul olmuş, Azərbaycanın var-dövlətinin müəyyən muzdla xaricə daşınmasında bilavasitə iştirak və vasitəçilik etmişlər. Əlbəttə, onların Qazaxa qayıdıb bazada hazır vəziyyətdə durduqları barədə xəbər bizi daha ayıq-sayıq olmağa sövq etdi. Biz onların hər gün səhərdən axşamadək nə işlə məşğul olduqlarından, nə kimi fəaliyyət göstərdiklərindən xəbərdar idik.

Rövşən Cavadov həmin hadisələrdən sonra belə bir izahat verdi ki, guya Gəncə polisi gəlib Qazaxda nə isə etdi və onların bu hərəkətlərini öz şəninə sığışdırmadılar. Lakin əsl həqiqət belə deyil. Heç hadisə də belə baş verməmişdir. Hadisənin təvərrüatı belədir ki, Elçin Əmiraslanov martın 13-nə keçən gecə saat 1-dək icra hakimiyyətində olub, orada bir daha arxayın edib ki, iddiaları yerində qalsa da, onlar hələlik heç bir konkret addım atmayacaqlar.

Amma bilirsiniz ki, oradan çıxandan sonra Xüsusi Təyinatlı Polis Dəstəsinə gedib və saat 4-ə işləmiş gəlib Qazax Rayon İcra Hakimiyyətini, sonra rayon polis şöbəsini zəbt edib, orada olan bütün silahı, döyüş sürsatını götürmüşlər.

Sonra isə rayon rabitə şöbəsini ələ keçirmiş, buradan Ağstafa şəhərinə tərəf hərəkət etmişlər. Qazaxda heç bir müqavimətə rast gəlmədikləri halda, Ağstafada onları müqavimətlə qarşılamışlar. Ağstafada onlar itki vermişlər. Demək istəyirəm ki, Rövşən Cavadovun verdiyi həmin izahat həqiqətə əsla uyğun deyildir. Onun izahatda göstərdiyi səbəblər, əslində, bir bəhanə idi. Söz yox ki, bu bəhanə də olmasaydı, başqa bir bəhanə tapılacaqdı.

Bizdə olan dəqiq məlumata görə, martın 13-nə keçən gecə Qazaxda Xüsusi Təyinatlı Polis Dəstəsi bu hərəkətə başlayanda onlarda belə bir yəqinlik var idi ki, ayın 13-də səhər eyni vaxtda Xalq Cəbhəsi Naxçıvanı ələ keçirəcək, Lənkəranda, Goranboyda, Yevlaxda adamlar ayağa qalxacaqlar, beləliklə, bütün respublika miqyasında çevrilişə cəhd göstəriləcəkdir. Burada olanların çoxu ayın 13-də artıq belə şayiələr eşitmişdi ki, guya Naxçıvan daha cəbhəçilərin əlindədir. Lənkəran və digər rayonlar da ayağa qalxıblar. Bir sözlə, dövlət çevrilişi cəhdləri, bu cəhdlərin hətta uğurlu olduğu barədə şayiələr yayılmışdı.

Ayın 13-də bütün gün ərzində respublikanın hüquq-mühafizə orqanlarının və dövlət rəhbərliyinin həyata keçirdikləri konkret tədbirlər nəticəsində Qazax və Ağstafa rayonlarında hadisələr lokallaşdırıldı. Elçin Əmiraslanovun quldur dəstəsi darmadağın edildi. Aldığım məlumata görə, həmin hadisələrdə iştirak edənlərin 180-dən çoxu artıq həbsə alınmışdır. Elçin Əmiraslanovun başına topladığı kiçik qruplar hazırda bütün rayon miqyasında axtarışdadır və hər gün onlardan tutulanlar olur. Hörmətli prezidentimiz Heydər Əliyevin cənab Eduard Şevardnadze ilə apardığı danışıqlar nəticəsində Gürcüstanın hüquq-mühafizə orqanları Gürcüstan sərhədini keçərək Azərbaycanla həmsərhəd rayonlarda gizlənmiş üç nəfəri tutmağa razılıq vermiş və bu əməliyyata özləri də qoşulmuşlar. Bu gün səhər Gürcüstan təhlükəsizlik orqanının rəhbəri mənə zəng vurub dedi ki, Azərbaycanda baş verən bu hadisələrlə əlaqədar olaraq, Gürcüstanın həmin bölgəsində hüquq-mühafizə qüvvələri daha da artırılmış və daha ciddi axtarışlar aparılır.

Rövşən Cavadov Bakıya qayıtdıqdan sonra 8-ci Kilometr qəsəbəsindəki bazaya getmiş, XTPD-nin Bakıda və respublikanın digər rayonlarında olan bütün əməkdaşlarının və tərəfdarlarının oraya toplanması üçün ayın 13-15-də ciddi səy göstərmişdir. Bildiyiniz kimi, həmin müddətdə onlar müəyyən nəticələrə də nail olmuşdular. Ayın 16-na olan məlumata görə, həmin bazada təxminən 400 nəfər silahlı adam var idi. Onlardan başqa, bazada 40 nəfərədək əfqan mücahidi müşahidə olunmuşdur. “Boz qurd” təşkilatının, Xudu Məmmədov adına Xeyriyyə Cəmiyyətinin, “Bakı və kəndlər birliyi”nin nümayəndələri də orada idilər və onlardan bəziləri öz silahları ilə gəlmiş, bəziləri də gedib silahlarını gətirmək üçün razılıq almağa gəlmişdilər.

Dünənki gün çox gərgin keçdi. Milli Təhlükəsizlik Nazirliyində bu qrupların Bakıda cəmləşdirilib yerləşdirilməsi barədə ardı-arası kəsilmədən xəbərlər alınırdı. Belə xəbərlər respublikanın digər rayonlarından da gəlirdi. Bu məlumatlar Daxili İşlər Nazirliyi vasitəsilə yoxlanılır və tədbir görülürdü. Aldığımız ən ciddi siqnal belə idi ki, Rövşən Cavadov martın 17-ni dövlət çevrilişinin həlledici gününə çevirmək üçün tədbirlər həyata keçirməkdədir. Onların planına görə, ayın 17-də 8-ci Kilomert qəsəbəsindəki bazada onlardan və şəhərdəki qüvvələrdən dörd güclü qrup yaradılmalı idi. Bizdə olan məlumata görə, həmin qruplar bu gün səhər tezdən Prezident Aparatını tutub Prezidenti məhv etməli, sonra Ali Sovetin binasını, Teleradio Şirkətini, Daxili İşlər Nazirliyini ələ keçirməli idilər.

Əməliyyat məlumatlarına görə, guya Surət Hüseynovun silahlıları Gürcüstanın Laqodexi rayonu ərazisində cəmləşib və Rövşəndən siqnal gözləyirlər. Biz bu xəbəri alan kimi dərhal respublika Prezidentinə məlumat verdik. Alınan siqnallarla əlaqədar Milli Təhlükəsizlik Nazirliyi digər inzibati-hüquq orqanları ilə birlikdə tədbir gördü.

Mən çıxışımı belə bir fikirlə yekunlaşdırmaq istəyirəm. Rövşən Cavadovun istər birinci dəfə, istərsə də, ikinci dəfə dövlət çevrilişi cəhdi zamanı müəyyən iddiaları vardır. Əgər keçən ilin ortalarında daxili işlər naziri olmaq iddiasında idisə, sonrakı aylarda, xüsusən axır vaxtlar prezidentlik iddiasına düşmüşdü. Lakin o, birinci dəfə də, ikinci dəfə də bir vasitə idi. O, Moskvada özünə yuva quran keçmiş prezident Ayaz Mütəllibovun, sabiq baş nazir Surət Hüseynovun və Azərbaycanda dövlət çevrilişi etmək istəyən qüvvələrin əlində bir vasitə idi və öz məntiqi aqibətini tapdı.

Bu hadisələr ərəfəsində, xüsusən ayın 13-dən sonra Milli Təhlükəsizlik Nazirliyi respublikanın bir sıra siyasi və ictimai təşkilatları tərəfindən indiki dövlət çevrilişi cəhdi ilə əlaqədar hazırlıq tədbirləri görüldüyünü qeydə almışdır. Məsələn, bizdə belə bir dəqiq məlumat var ki, artıq ayın 14-də Xalq Cəbhəsinin Bakıdakı mərkəzi təşkilatından bütün dayaq dəstələrinə “bir nömrəli hazırlıq” əmri verilmişdir. Deməli, onların hamısı hazır-sərvaxt dayanmalı və növbəti addımlar üçün Bakıdan göstərişlər gözləməli idi.

Bizə məlumat gəldi ki, ayın 14-də Qəbələdə Milli İstiqlal, Müsavat, Milli Bərabərlik partiyalarının “dəyirmi stol” arxasında görüşü keçirilib və onlar hadisələrin müəyyən anında birgə fəaliyyət haqqında qərar qəbul ediblər. Dövlət çevrilişi cəhdi ilə əlaqədar Müsavat partiyasının Bakıdakı qəragahında müəyyən niyyətlər olduğu barədə bizdə məlumat var.

Mən demək istəyirəm ki, son yarım ildə iki dövlət çevrilişi cəhdi puça çıxmışdır. Amma o demək deyildir ki, belə cəhdlər bundan sonra istisnadır. Ayaz Mütəllibov, Surət Hüseynov və onlar kimilər, dövlət çevrilişi cəhdləri, Azərbaycanın müstəqilliyinə, suverenliyinə və dövlətçiliyinə qarşı sui-qəsdlər hazırlayıb Azərbaycanı dağıtmaq hesabına olsa da, hakimiyyətə gəlməyə can atan qüvvələr hələ azadlıqdadır.

Əgər onlar birinci hadisədə Rövşən Cavadov və Kəramət kimi cahilləri və onların ətrafındakıları bu cinayətlərə cəlb edib və nəhayət, onların məhvinə səbəb olublarsa, indi yeni qüvvələr, yeni imkanlar axtaracaqlar. Odur ki, bununla əlaqədar biz hamımız sərvaxt olmalıyıq.

Mən bir məsələni də qeyd etmək istəyirəm. Respublikada bütün ictimai-siyasi vəziyyət bizə tam aydınlığı ilə bəllidir. Bütün Azərbaycan xalqı, bütün respublika əhalisi Azərbaycanın suverenliyi, milli istiqlaliyyəti, dövlətçiliyi əleyhinə yönəldilmiş cəhdlərə qarşı dövlət strukturlarından, respublika rəhbərliyindən ən qəti addımlar gözləyir və tələb edirlər.

Çıxışımı belə bir fikirlə yekunlaşdırmaq istəyirəm ki, respublikanın güc nazirlikləri respublika Prezidentinin Azərbaycanın müstəqilliyi, rifahı naminə apardığı daxili və xarici siyasətini əvvəllər də dəstəkləmiş, bundan sonra da dəstəkləyəcəklər. Onlar Prezidentin ətrafında həmişə sıx birləşmiş və bundan sonra da sıx birləşəcəklər. Onlar daxili və xarici siyasətimizin uğurları naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO