İDMAN
MİNGƏÇEVİRDƏ GÜLƏŞ ÜZRƏ RESPUBLİKA TURNİRİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Mingəçevir Politexnik İnstitutunun idman zalında 1991-92-ci il təvəllüdlü yeniyetmə idmançılar arasında yunan-Roma güləşi üzrə respublika turniri başa çatmışdır.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Sumqayıt, Əli Bayramlı, Gəncə, Mingəçevir şəhərləri, Göyçay, Lənkəran, Cəlilabad, Kürdəmir, Hacıqabul, Masallı, Qusar, Beyləqan və Daşkəsən rayonlarını təmsil edən 150-ə yaxın güləşçi 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.
Üç gün davam edən turnirdə Ümid Həmidli (42 kq, Əli Bayramlı), İsmayıl İbrahimov (46 kq, Mingəçevir), Əsəd Fərəcov (50 kq, Daşkəsən), Amid Səfiyev (54 kq, Beyləqan), Fərid Abdullayev (58 kq, Mingəçevir), Xaləddin Rüstəmov (63 kq, Əli Bayramlı), Elşən Novruzlu (69 kq, Cəlilabad), Cavidan Hacıyev (76 kq, Göyçay), Elnur İsmayılbəyli (85 kq, Mingəçevir) və Fərid Səfərli (100 kq, Mingəçevir) birinci yeri tutmuşlar.
Hər çəki dərəcəsi üzrə ilk üç yeri tutan pəhləvanlara medallar, eləcə də Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim olunmuşdur.