MİSİR MƏDƏNİYYƏT MƏRKƏZİ CARİ İLDƏ BİR SIRA TƏDBİRLƏR KEÇİRƏCƏKDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də Misir Ərəb Respublikasının (MƏR) Bakıdakı Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransında mərkəzin müdiri Bağdadi İmam Məhəmməd İbrahim 2007-ci il üçün tədbirlər planı haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, yanvarın 22-28-də mərkəzdə Misir filmləri həftəsi keçiriləcəkdir. Yanvarın 31-də Azərbaycan və Misir qadın yazıçılarının və jurnalistlərinin müasir durumuna həsr olunmuş görüş, fevralın 8-də isə əlil uşaqların müsabiqəsi təşkil ediləcəkdir.
Misirin Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim Əl-Şarkavi mədəniyyət tədbirlərinin xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını demişdir.
Xəbərin mətnində orfoqrafik səhv var