SİYASƏT
MN: Ermənistan müdafiə nazirliyinin yaydığı yalan məlumatların məqsədi öz xalqını sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır
Bakı, 14 oktyabr, AZƏRTAC
Ermənistanda hərbi qurumun nümayəndəsi hər gün həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla mətbuat qarşısına çıxmağa məcburdur.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda, təxribat xarakterli belə məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.
Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir.