SİYASƏT


MN: Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya döyüşlərin getməsi barədə Ermənistanın yaydığı məlumatlar əsassızdır

Bakı, 26 iyul, AZƏRTAC

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a açıqlamasında qeyd olunub.

Nazirliyin açıqlamasında bildirilib ki, əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçu qarşılıqlı münasibətlərin pozulması və bir-birinə açılan atəş nəticəsində yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.