SİYASƏT
MORİTS LOYENBERGER 2006-CI İL ÜÇÜN İSVEÇRƏ PREZİDENTİ SEÇİLMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İsveçrə Sosial Demokrat Partiyasının nümayəndəsi Morits Loyenberger dekabrın 7-də ölkənin 2006-cı il üçün Prezidenti seçilmişdir. Seçkilər Berndə Federal Məclisin iclasında keçirilmişdir.
İsveçrə Konfederasiyasının başçısı hökumətin yeddi üzvünün rotasiyası prinsipi əsasında bir il müddətinə seçilir. Sonrakı il həmin vəzifəni vitse-prezident işləmiş şəxs tutur.
59 yaşlı Morits Loyenberger həm də Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Federal Departamentinin rəisi vəzifəsini daşıyacaqdır.
İsveçrənin 2006-cı il üçün vitse-prezidenti Xarici İşlər Federal Departamentinin rəisi Mişlin Kalmi-Rey seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:40]
Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib
- 26.04.2024 [23:37]
Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub
- 26.04.2024 [23:26]
Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [19:24]