SİYASƏT


MSK 9 saylı Binəqədi ikinci seçki dairəsinin iki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

Bakı, 18 fevral, AZƏRTAC 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən Günel Səfərova, Elşad Musayev və digər namizədlərin müraciətinə də baxılıb.

AZƏRTAC xəbər verir ki, MSK üzvü Qabil Orucov müraciətlərin eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirildiyini söyləyib. O deyib ki, müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, komissiya üzvləri tərəfindən seçici sayının süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilməməsi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar təsdiqini tapmayıb. Ona görə də MSK üzvü təklif edib ki, dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılsın.

Q.Orucov qeyd edib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır.

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 31 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsi etibarsız hesab olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.