ELM VƏ TƏHSİL
MÜQAVİLƏ İMZALANMIŞDIR
İyunun 11-də Dünya Bankı ilə birgə keçirilmiş tenderin qalibi olan “Yüksəklik” Şirkəti ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Şirkət Dünya Bankının ayırdığı vəsait hesabına yeni tədris ilinin başlanğıcınadək pilot məktəblərin və institutların ofis mebeli, müasir tipli yazı lövhələri və partalarla təchizat işini başa çatdıracaqdır.
Risq Elm İstehsalat Firması ilə bağlanmış müqaviləyə əsasən, 324 ədəd yüksək markalı kompüter Bakıya gətirilmiş və hazırda pilot məktəblərə paylanılır.
İslahatlarının aparılmasına kömək məqsədi ilə Dünya Bankı təhsilin idarə olunması və ali təhsil üzrə iki beynəlxalq dərəcəli mütəxəssisi – Piter Kol və Bredli Seyqanı ölkəmizə göndərmişdir.
Həmin mütəxəssislər Azərbaycanın təhsil sistemi ilə bağlı yeni layihələr üzərində işləyirlər.
Təhsil Nazirliyinin
Mətbuat xidməti