SİYASƏT
MÜXALİFƏT ROBERT KOÇARYANIN QƏRARGAHINA HÜCUM ETMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə bildirilir ki, Yerevanda müxalifət qüvvələrinin keçirdiyi mitinqin iştirakçıları hazırkı prezident Robert Koçaryanın seçkiqabağı qərargahının şöbəsinə hücum etmişlər.
Müxalifətin Ermənistan paytaxtının mərkəzinə toplaşmış 10 minə yaxın nümayəndəsi müxalif Xalq Partiyasının sədri Stepan Dəmirçyanın prezident seçkilərinin qalibi elan olunmasını tələb etmişlər. Nümayişçilər Mərkəzi Seçki Komissiyasının binasını əhatəyə alaraq, komissiyanın sədrinə ərizə təqdim etmişlər. Sonra onlar Koçaryanın seçkiqabağı qərargahının şöbəsi yerləşən Sayat-Nova prospekti ilə irəliləmişlər. Polis qərargaha hücum zamanı baş vermiş qarışıqlığın qarşısını almışdır.