SİYASƏT
Macarıstan XİN: Budapeşt Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir VİDEO
Budapeşt, 14 fevral, AZƏRTAC
Macarıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto bu gün Budapeştdə keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 7-ci plenar iclasının gedişi zamanı bu bəyanatla çıxış edib.
“Bu, bizim dürüst və açıq mövqeyimizdir. Bizim münasibətlər məhz bu strateji nöqtə üzərində qurulub”, - deyə Siyyarto əlavə edib.
Xatırladaq ki, bu gün Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib. İclasda ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri barədə protokol imzalanıb. Azərbaycan nümayəndə heyətinə ölkənin Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev rəhbərlik edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt