İDMAN


Macarıstan komandası Avropa çempionatında üçlüklərin təsnifat yarışında fərqlənib

Bakı, 25 may, AZƏRTAC

Bakıda keçirilən aerobika gimnastikası üzrə XI Avropa çempionatında üçlüklərin təsnifat yarışında Macarıstan komandası fərqlənib.

AZƏRTAC xəbər verir ki, Macarıstan komandasının çıxışı hakimlər tərəfindən 22,361 xalla qiymətləndirilib. İlk üçlüyü Rusiya və Rumıniyanın ikinci komandaları tamamlayıblar. İlk üç pillədə qərarlaşan komandalarla yanaşı, finalda Rusiya, Rumıniya, Türkiyə, İtaliya-2 və Finalandiya-2 kollektivləri medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycan komandası təsnifat yarışlarını 11-ci yerdə başa vurub.

Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.