İDMAN


Macarıstan millisinin baş məşqçisi: Azərbaycan ilə oyunda bəxtimiz gətirdi

Bakı, 14 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Yetmiş beş dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən, qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Azərbaycan ilə oyunda bəxtimiz gətirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi öz meydanında Azərbaycanı 1:0 hesabı ilə qalib gəldiyi “Avro-2020” seçmə qrup matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.

İtalyan mütəxəssis Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb: “Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”.

Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: “Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.