SİYASƏT


Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub VİDEO

Budapeşt, 20 sentyabr, AZƏRTAC

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartoya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub. Medalı nazir Elmar Məmmədyarov təqdim edib.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin binasında təşkil edilən tədbirdə bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti, səfir Vilayət Quliyev, səfirliyin əməkdaşları və yüksəkvəzifəli macar diplomatları iştirak ediblər.

Tədbirdə çıxış edən Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, Peter Siyartonun Azərbaycanın dostu olduğunu vurğulayıb və onun ikitərəfli əlaqələrin dərinləşməsində xüsusi rolu olduğunu diqqətə çatdırıb. P.Siyartonun məhz bu xidmətlərinə görə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif olunduğunu deyən E.Məmmədyarov çox az xarici dövlət rəsmisinin həmin medala layiq görüldüyünü bildirib.

Peter Siyarto, öz növbəsində, Azərbaycan Respublikasının rəhbərliyinə və nazir Elmar Məmmədyarova dərin təşəkkürünü bildirərək, iki ölkə arasında əməkdaşlığın inkişafında səylərini gələcəkdə də davam etdirəcəyini vurğulayıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.