İDMAN


Macarıstan tennis üzrə Billi Cin Kinq kuboku yarışlarını keçirməkdən imtina edib

Bakı, 5 may, AZƏRTAC

Macarıstan Tennis Assosiasiyası Billi Cin Kinq kuboku yarışlarını keçirməkdən imtina edib.

AZƏRTAC assosiasiyaya istinadla xəbər verir ki, Budapeştdə təşkili nəzərdə tutulan yarış çətin epidemioloji vəziyyətə görə ləğv edilib. Məlumatı Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Heqqerti də təsdiqləyib.

Budapeşt turnirə ev sahibliyi etmək hüququna 2020-ci ildən sahib olsa da, həmin vaxt yarış koronavirus infeksiyasına görə təxirə salınmışdı.

Qeyd edək ki, Billi Cin Kinq kuboku əvvəllər Federasiya kuboku adı ilə təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.