DÜNYA


Macarıstanda İbn Sina İnstitutunun açılışı olub

Budapeşt, 9 aprel, AZƏRTAC

Macarıstanda İbn Sina adına Yaxın Şərq Tədqiqatları İnstitutunun açılışı olub. AZƏRTAC xəbər verir ki, institutun binasının yerləşdiyi Budapeştin yaxınlığındakı Pilişçabedə keçirilən açılış mərasimində Macarıstanın Baş naziri Viktor Orban iştirak edib. Bu elm ocağının yaradılmasında məqsəd İslam dininin tədqiqi və Macarıstan ilə müsəlman ölkələrinin siyasi və iqtisadi əlaqələrinin möhkəmlənməsinə töhfə verməkdir.

V.Orban mərasimdəki çıxışında deyib: “İslam mədəniyyəti yeni ərazilər fəth edib. Qərbi Avropa şəhərlərinin təcrid olunmuş məhəllələrində məskunlaşan müsəlmanların sayı durmadan artır. Şərq indi Qərbə köçüb”. O əlavə edib ki, tədqiqatçılar hazırda Qərb və Şərqdə gedən strateji əhəmiyyətli prosesləri dərindən araşdırmalıdır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.