DÜNYA


Macarıstanda etiraz aksiyaları yenidən başlayıb

Budapeşt, 20 yanvar, AZƏRTAC

Şənbə günü iki min nəfərə yaxın macar ötən ilin sonunda qəbul edilmiş artıq iş saatlarının kəskin şəkildə qaldırılması barədə qanuna etiraz əlaməti olaraq paytaxt küçələri, həmçinin ölkənin digər şəhərlərinin mərkəzi prospektləri ilə yürüş ediblər.

AZƏRTAC xəbər verir ki, Seksard şəhərində müxalifətçilər avtomobillərlə küçələrdə nəqliyyatın hərəkətinə mane olublar.

Macarıstanın hakimiyyət orqanları yeni qanunun əleyhdarlarını Avropaya kütləvi miqrasiyanı dəstəkləməkdə günahlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.