Macarıstanda işçi qüvvəsi çatışmazlığı kəskinləşir
AzerTAg.az

Budapeşt, 28 sentyabr, AZƏRTAC
Macarıstanın Mərkəzi Statistika İdarəsinin məlumatına görə 2018-ci ilin aprel ayından iyunadək olan dövrdə əmək bazarında 83611 vakansiya boş qalıb ki, bu da cari ilin birinci rübü ilə müqayisədə 4183 iş yeri çox deməkdir.
AZƏRTAC xəbər verir ki, boş qalan yerlərin böyük əksəriyyətini özəl sektorda tapmaq mümkündür. Burada öz namizədlərini 61893 iş yeri gözləyir. Bütün sektorlar üzrə vakant iş yerlərinin payı ümumilikdə 2,6 faiz təşkil edir.
Bununla yanaşı, statistika idarəsinin rəqəmlərinə uyğun olaraq, 2018-ci ilin may-iyul aylarında işsizliyin səviyyəsi 3,6 faiz təşkil edib, 166200-dək insan işsizdir (hərçənd, NFSZ milli məşğulluq xidmətinin rəsmi məlumatında işaxtaranların sayı xeyli çox göstərilir).
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Xəbərin mətnində orfoqrafik səhv var