DÜNYA
Macarıstanda mikroavtobus yük avtomobili ilə toqquşub, 9 nəfər həlak olub
Bakı, 23 may, AZƏRTAC
Macarıstanda Rumıniyadan gələn mikroavtobus yük maşını ilə toqquşub, nəticədə azı 9 nəfər həlak olub. Onlardan dördünün şəxsiyyəti artıq müəyyən edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yol-nəqliyyat hadisəsi mayın 23-nə keçən gecə Budapeştdən 60 kilometr məsafədə qeydə alınıb. İlkin məlumata görə, sürücü sürət həddini aşıb, idarəetməni itirib və qarşı hərəkət zolağına çıxaraq yük avtomobili ilə toqquşub.
XİN-in məlumatına əsasən, cəsədlər morqa aparılıb və həlak olanların şəxsiyyətinin müəyyən edilməsi üçün DNK analizi keçiriləcək. Hazırda şəxsiyyəti müəyyənləşdirilmiş dörd nəfərin Rumıniya vətəndaşı olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]