DÜNYA


Macarıstanın Ukraynaya cavabı çox çəkmədi

Kiyev, 4 oktyabr, AZƏRTAC

Macarıstan hökuməti Ukrayna konsulunun ölkədən çıxarılması ilə bağlı qərar verib. Bu qərar Ukraynanın eyni addımına cavab olaraq verilib. Ukrayna konsulunun Macarıstandan çıxarılması barədə məlumatı ölkənin xarici işlər naziri Peter Siyarto verib.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Macarıstanın bu qərarını adekvat addım olmadığını bəyan edib: “Ukraynanın Macarıstanın konsulunun ölkədən çıxarılması barədə qərarı Venesiya Konvensiyasına və digər beynəlxalq sənədlərin standartlarına cavab verir. Macarıstan dövlətinin qərarından isə təəssüflənirəm”.

Xatırladaq ki, bir müddət öncə Ukrayna KİV-lərində konsulun ukraynalılara Macarıstan pasportları verdiyinin əks olunduğu video yayılıb. Bundan sonra Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Macarıstanla bağlı kəskin bəyanat verib. Bunun qarşılığında Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın atacağı hər hansı addıma ölkəsinin tutarlı cavab verəcəyini bildirmişdi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.