İQTİSADİYYAT


“Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri mövzusunda təlim təşkil ediləcək

Bakı, 5 mart, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac missiyalarında brend menecmentin önəmi – “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri” mövzusunda təlim təşkil edəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış marketinq mütəxəssisi Leyla Məmmədovanın aparacağı təlimin əsas məqsədi Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində brendləşmənin önəmi barədə məlumatların təqdim edilməsindən ibarətdir.

Qeyd edək ki, təlimlə bağlı daha ətraflı məlumatı - http://training.ereforms.org/ saytından əldə etmək mümkündür. Təlimdə iştirak etmək istəyənlər həm də göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında, mart ayının 9-da saat 10:15-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.