ELM VƏ TƏHSİL
Madriddə keçirilmiş “Global Village” adlı tədbirdə Azərbaycanı təbliğ edən klub da iştirak edib
Madrid, 26 aprel, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə “Instituto de Empresa” Biznes Məktəbinin təşkilatçılığı ilə növbəti “Global Village” adlı mədəniyyət tədbiri keçirilib.
Tədbirdə 90-a yaxın ölkədən tələbələr iştirak ediblər.
Azərbaycanın İspaniyadakı səfirliyinin və Evsen Fondunun dəstəyi ilə ölkəmizi təbliğ edən klub da həmin tədbirə qatılıb.
“Instituto de Empresa” Biznes Məktəbində təhsil alan fəal azərbaycanlı tələbələr tədbirdə mədəniyyətimizi, mətbəx nümunələrimizi, şirniyyatlarımızı, milli geyimlərimizi, suvenirlərimizi nümayiş etdirib, iştirakçılara müxtəlif təbliğat materialları paylayıblar.
Tədbirdən əldə olunan vəsait müxtəlif sosial layihələrə sərf ediləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid