ELM VƏ TƏHSİL


Magistrantlar kompüter elmləri ixtisasından imtahan veriblər

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birinci və ikinci kurs magistrantları 2018/2019-cu tədris ili üzrə qış imtahan sessiyasında kompüter elmləri ixtisasından imtahan veriblər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, imtahan bu qurumun prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq sərəncamına əsasən keçirilib.

Magistrantların növbəti imtahanları yanvarın 11-dən 29-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.