ELM VƏ TƏHSİL


Magistrantlar pedaqoji təcrübəni onlayn formada davam etdirirlər

Bakı, 10 aprel, AZƏRTAC 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun I və II kurs magistrantları martın 29-dan başlayaraq dərslərini distant qaydada davam etdirirlər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisədə "Arxeologiya və etnoqrafiya" istiqaməti üzrə 3, "Antropologiya" istiqaməti üzrə 2 tələbə distant təhsil alır.

Magistrantlar üçün “İslam arxeologiyası”, “Arxeologiyanın müasir problemləri”, “Azərbaycan etnoqrafiyası”, “Azərbaycanın azsaylı xalqları”, "Antropologiyanın müasir problemləri" və s. fənlər tədris olunur.

Eyni zamanda, "Arxeologiya və etnoqrafiya" ixtisaslaşması üzrə təhsil alan II kurs tələbələri pedaqoji təcrübəni onlayn formada davam etdirirlər.

İnstitut rəhbərliyinin, Tədris və beynəlxalq əlaqələr şöbəsinin nəzarəti altında həyata keçirilən distant tədris prosesi barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə mütəmadi olaraq məlumatlar verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.