DÜNYA


Mahaçqala məhkəməsi Dağıstanın sabiq rəhbərinin qardaşını həbs edib

Mahaçqala məhkəməsi Dağıstanın sabiq rəhbərinin qardaşını həbs edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Mahaçqalanın rayon məhkəməsi sentyabrın 28-də Dağıstanın sabiq rəhbərinin vətəndaşlara qanunsuz əlillik sənədi düzəldən cinayətkar qrupun işi üzrə saxlanılan qardaşı, Dağıstan xalq məclisinin deputatı Rəcəb Abdulatipovu ittiham irəli sürülənədək həbs edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsinin “WhatsApp” menecerindəki rəsmi kanalında yayılan məlumata əsasən, Rəcəb Abdulatipova 10 günlük həbs cəzası müəyyən edilsə də, ittiham irəli sürüləcəyi təqdirdə həbs müddəti iki aya qədər uzadılacaq.

Hazırda cinayət işi üzrə təhqiqat davam edir. Bir qədər öncə tibbi-sosial ekspertizanın respublika bürosunun rəhbəri Məhəmməd Mahaçev və onun tabeliyində olanlar həmin cinayət işinə görə həbs olunmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.