CƏMİYYƏT
Mahaçqalada Azərbaycanın Müstəqillik Günü qeyd olunub




Moskva, 30 may, AZƏRTAC
Mahaçqalada Azərbaycanın Müstəqillik Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyasının Dağıstan Respublikasının milli siyasət və dini işlər naziri Enrik Müslümov, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov, Dərbənd şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının kollektivi, Azərbaycan ictimaiyyətinin, KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərova Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında dostluğun, millətlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə “Xalqlar dostluğu” medalı təqdim olunub.
Tədbir Dərbənd Azərbaycan Dövlət Dram Teatrının artistlərinin iştirakı ilə konsert proqramı ilə başa çatıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva