CƏMİYYƏT
Mahaçqalanın tarixi parkında Azərbaycan dilində ekskursiyalar
Moskva, 1 dekabr, AZƏRTAC
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində fəaliyyət göstərən “Rusiya mənim tariximdir” parkında Azərbaycan və tacik dillərində ekskursiyalar təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə multimedia kompleksinin rəhbəri Timur Vəlixanov TASS agentliyinə məlumat verib.
Onun sözlərinə görə, yeni audiogid regionda Azərbaycan və Tacikistandan olan əcnəbilər üçün nəzərdə tutulub. Yenilik çərçivəsində artıq 50 azərbaycanlı parkı ziyarət edib.
“Rusiya mənim tariximdir” parkı Dağıstanda 2017-ci ildə açılıb. Burada Rusiya tarixi ilə yanaşı, Dağıstanın tarixi də əksini tapıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:18]
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]