İDMAN


Mahir Əmiraslanov: komandamıza ilk qızıl medal qazandırdığım üçün çox sevinirəm

Minsk, 26 iyun, AZƏRTAC

Bu qələbəni hərbçilərimizə həsr edirəm. Bu yaxınlarda özüm də hərbçi olacağam. Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə - Namiq Əliyev, Firdovsi Umudova təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu fikri ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medal qazandıran sərbəst güləşçimiz Mahir Əmiraslanov jurnalistlərə açıqlamasında səsləndirib.

“Firdovsi Umudovun üzərimdə çox böyük əməyi olub. Qələbəmdə əməyi olan hər bir kəsə təşəkkürümü bildirirəm. Azərbaycana ilk qızıl medal qazandırdığım üçün çox sevinirəm. İstəyirəm ki, bayrağımız daim yüksəklikdə dalğalansın. Çalışacağam ki, bundan sonra bayrağımızı ucaldım”, - deyə M.Əmiraslanov bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.