İDMAN


Maks Ferstappen: Biz Bakıda bolidin və mühərrikin bir neçə yeni detalını gözləyirik

Bakı, 17 aprel, AZƏRTAC 

“Red Bull” komandasının bu mövsümdə ən yaxşı nəticəsi hələ ki, Maks Ferstappenin Melburnda tutduğu üçüncü yerdir. Hollandiyalı ümid edir ki, komanda “Honda” şirkətinin yenilikləri sayəsində mövsümün gedişində irəliləyəcək.

AZƏRTAC xəbər verir ki, Maks Ferstappen bu barədə deyib: “Qazanılan xallar baxımından biz Çində daha bir yaxşı nəticəyə nail olduq. Lakin yürüşlər zamanı o qədər də çox hadisə baş vermədi. Desəm ki, çox pərişanam, bu, şişirdilmiş olardı. Lakin hazırda bizim yürüş tempimiz çatışmır, bu səbəbdən də hər dəfə maksimum xal toplamalıyıq. Mövsümün müddəti uzundur və ümid edirik ki, yenilənməni əldə etdikdən sonra biz mübarizəyə qayıdacağıq.

Yaxşı start götürmək hələ ki, bizə nəsib olmur. Komanda start üçün “Honda” mühərrikinin düzgün sazlanmasını axtarmağa çalışır. Biz bunu artırmalıyıq. Biz Bakıda bolidin və mühərrikin bir neçə yeni detalını gözləyirik. Lakin ciddi yenilənmə daha sonra gələcək.

Hazırda qüvvələrin düzülüşünü dəyərləndirmək çətindir. Çünki o qədər də çox yürüş keçirilməyib. Çində “Mercedes” pilotları, Bəhreyndə isə “Ferrari” sürətli idi. Bizim komandamız üçün qüvvələrin düzülüşü məsələsi açıq qalmaqdadır”.

Qeyd edək ki, çempionatın 2019-cu il mövsümünün növbəti Qran-Prisi aprelin 26-dan 28-dək Azərbaycanda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.