MƏDƏNİYYƏT
Maks Layerer: Reza Deqatinin sərgisindəki fotolara baxanda Qarabağa səfərimi xatırladım VİDEO
Vyana, 31 mart, AZƏRTAC
Bu ilin fevralında Qarabağa səfər etdik. Şuşada və Ağdamda olduq. Dağıdılmış Ağdam məscidini gördük. Bu gün Reza Deqatinin sərgisindəki fotolara baxanda Qarabağa səfərimi xatırladım.
Avstriyalı səyahət jurnalisti Maks Layerer Azərbaycana səfəri ilə bağlı xatirələrini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.
Fotojurnalist Reza Deqatinin “Qarabağın ruhu – sülhə doğru uzun yol“ adlı sərgisində iştirak edən jurnalisti bildirib ki, həm Reza Deqatidən, həm Azərbaycanda olarkən, həm də Vyanadakı sərginin açılışında Qarabağda baş verənlərlə bağlı ətraflı məlumat almışam.
Sərgidə Xocalı faciəsinə dair görüntülərdən xüsusilə təsirləndiyini bildirən M.Layerer baş verənlərin dəhşətli hadisələr olduğunu bildirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana