DÜNYA
Malayziya xarici borcların ödənilməsi üçün yollar axtarır
Bakı, 17 oktyabr, AZƏRTAC
Malayziyanın Baş naziri Mahathir Məhəmməd ölkənin xarici borclarının silinməsi üçün vergi sistemində dəyişiklik ediləcəyini söyləyib.
AZƏRTAC xarici saytlara istinadən bildirir ki, sabiq Baş nazir Nəcip Rezakın zamanında ölkənin xarici borclarının təxminən 252 milyard dollara çatıb. “Xarici borcun ödənilməsinə şərait yaratmaq üçün vergilərdə dəyişikliyə gedə bilərik. Bundan əlavə, torpaq sahələri kimi dövlətə aid mülklərin satışı da mümkün ola bilər”, - deyə Baş nazir Mahathir Məhəmməd bildirib.
Malayziya hökuməti keçən ay əsas prioritetin ölkənin borcdan çıxarılması olduğunu, buna görə də əsas hissəsini Çinin maliyyələşdirdiyi 3 milyard dollarlıq boru xətti layihəsini ləğv etdiyini açıqlayıb.
Ölkənin xarici borclarının silinməsi üçün Malayziya xalqı da öz töhfəsini əsirgəmir. Xarici borcların ödənilməsi üçün açılmış “Ümid fondu”na dörd ayda 48 milyard dollar vəsait yığıldığı bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]