DÜNYA


Malidən olan 25 yaşlı qadın birdəfəyə doqquz uşaq dünyaya gətirib

Bakı, 5 may, AZƏRTAC

Qərbi Afrika ölkəsi olan Mali sakini bir doğuşda doqquz körpə - beş qız və dörd oğlan uşağı dünyaya gətirib.

AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, Malinin Səhiyyə Nazirliyi ana və körpələrin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Qurumun məlumatına görə, 25 yaşlı Halima Sisse paytaxt Bamako şəhərində iki həftə xəstəxanada yatdıqdan sonra ölkə prezidenti Ba Ndaunun göstərişi ilə Mərakeşdəki klinikalardan birinə yerləşdirilib.

Malinin Səhiyyə naziri Fanta Sibi peşəkarlığı hamiləliyin uğurla başa çatmasına səbəb olan hər iki ölkənin tibb mütəxəssislərini təbrik edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.