İQTİSADİYYAT


Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106006882 ISIN kodlu, tədavül müddəti 1092 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal ümumi məbləği 75,9 milyon manat təşkil edib.

Nazirlik tərəfindən 30 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97,4842 (gəlirlilik 8,4671 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazlar 2024-cü il fevralın 20-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.