İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.1645 AZN (10.0356 faiz) və 100.0774 AZN (8.9568 faiz) olan 5 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (9.0000 faiz), orta ölçülmüş qiyməti 100.0067 AZN (8.9962 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12,567,800.00, yerləşdirilmiş həcmi isə 11,549,200.00 AZN təşkil edib.

İstiqrazlar 2022-ci il yanvarın 25-də ödəniləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.