İQTİSADİYYAT


Maliyyə Nazirliyinin saytında problemli kreditlərlə bağlı vətəndaşların müraciəti üçün xüsusi bölmə yaradılıb

Bakı, 7 mart, AZƏRTAC

Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində problemli kreditlərlə bağlı vətəndaşların müraciəti üçün xüsusi bölmə yaradılıb.

AZƏRTAC xəbər verir ki, bölmədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar vətəndaşlar tərəfindən tez-tez verilən suallara cavab tapmaq, eləcə də yeni sual ünvanlamaq mümkündür.

Həmçinin bölmədə fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatoru da fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.