İDMAN


“Mançester Siti” Lionel Messinin transferi üçün 500 milyon avroluq müqavilə hazırlayır

Bakı, 19 fevral, AZƏRTAC

“Mançester Siti” klubunun rəhbərliyi “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin transferi üçün mümkün variantlar üzərində çalışmaqda davam edir.

AZƏRTAC “Calciomercato.it” nəşrinə istinadla xəbər verir ki, klub “Barselona” ilə müqaviləsinin müddəti bu il iyunun 30-da başa çatacaq Messi ilə səkkiz illik müqavilə imzalamaq niyyətindədir. Argentinalıya bir il uzatma imkanı olacaq iki illik müqavilə layihəsi təklif ediləcək. Bundan sonra o, “City Football Group” şirkətinə məxsus klublardan birində daha iki il oynaya biləcək. Məşhur futbolçunun karyerasının sonunda “Mançester Siti”nin səfiri olacağı nəzərdə tutulur. Müqavilənin ümumi dəyəri 500 milyon avro təşkil edəcək. “Qızıl top”un altıqat qalibinə daha əvvəl 600 milyon avro təklif ediləcəyi düşünülürdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.