İDMAN
“Mançester Siti” klubu “Nyukasl”ı beş cavabsız qolla məğlub edib
Bakı, 8 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 7-də futbol üzrə 34-cü turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Mançester Siti” klubu öz meydanında “Nyukasl Yunayted” komandasını qəbul edib.
Görüş Mançester təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
“Şəhərli”lərin heyətində Qabriel Jesus, Riyad Mahrez, David Silva, Rahim Sterlinq və Federiko Fernandes (avtoqol) fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 69-a çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci yerini qoruyub. “Nyukasl Yunayted” 43 xalla 13-cü yerdə qərarlaşıb.
Günün digər görüşlərində “Şeffild Yunayed” öz meydanında “Volverhemton”ı (1:0), “Börnli” isə səfərdə “Vest Ham Yunayted”i məğlub edib (1:0).
Günün son görüşündə çempionluğunu vaxtından əvvəl təmin etmiş “Liverpul” səfərdə “Brayton”un qonağı olacaq.