İDMAN


“Mançester Siti” klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

Bakı, 5 may, AZƏRTAC

İngiltərənin “Mançester Siti” futbol klubu UEFA Çempionlar Liqasının finalına çıxmaqla yeni rekord müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, “Mançester Siti” turnirin tarixində həlledici oyuna vəsiqə qazanan doqquzuncu İngiltərə klubu olub. Bu, UEFA Çempionlar Liqasında rekord sayılır. İndiyədək heç bir ölkədən bu qədər klubu finala yüksəlməyib.

“Mançester Siti”dən əvvəl “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Aston Villa”, “Nottinqem Forest” və “Lids” klubları qitənin ən nüfuzlu klub turnirinin finalında iştirak edib.

Xatırladaq ki, “Mançester Siti” klubu “Paris Sen-Jermen” komandasını səfərdə 2:1, ev oyununda isə 2:0 hesabı ilə məğlub edərək ilk dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.