İQTİSADİYYAT
“Maraqların toqquşmasının qarşısının alınması” mövzusunda seminar keçirilmişdir
Bakı, 19 iyun (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “Maraqların toqquşmasının qarşısının alınması” mövzusunda seminar keçirilmişdir.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, seminar “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil edilmişdir.
Seminarda maraqların toqquşmasının qarşısının alınması münasibətlərinin normativ tənzimlənməsi vəziyyəti, dövlət qulluqçularının qanunsuz olaraq öz xidməti vəzifə səlahiyyətlərindən istifadə etməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində məlumatlar verilmiş və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]