SİYASƏT


Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Rusiyanın mövqeyi dəyişməyib

Bakı, 7 mart, AZƏRTAC

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Rusiyanın mövqeyi dəyişməz olaraq qalır və hər kəsə məlumdur”. AZƏRTAC xəbər verir ki, bu fikri Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ifadə edib.

Rusiya XİN rəsmisi əlavə edib ki, martın 12-13-də Türkiyənin Antalya şəhərində Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində iki ölkənin xarici işlər nazirləri – Mövlud Çavuşoğlu və Sergey Lavrovun sədrliyi ilə keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.