DÜNYA


“Mariya” qasırğası Haitidə ilkin fəsadlar törədib

Bakı, 22 sentyabr, AZƏRTAC

Haiti sahillərinə yaxınlaşan “Mariya” qasırğası artıq ilkin fəsadlar törədib.

AZƏRTAC “lemonde.fr” saytına istinadla bildirir ki, ölkənin 250 kilometr şimal-şərqinə çatan qasırğa nəticəsində artıq 3 nəfər həyatını itirib. Onlardan biri daşqınların qurbanı olub, digər iki nəfəri isə ildırım vurub.

Hakimiyyət orqanları bir sıra şəhərlərdə daşqınların olduğu barədə məlumat yayıblar. Qasırğanın ləng hərəkət etməsi ölkə ərazisinə daha çox yağış yağmasına səbəb olur ki, bu da öz növbəsində daşqınlara gətirib çıxarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.